Avq 03, 2017 19:30 Asia/Baku
  • Müqəddəs Məşhəd şəhəri şadlığa qərq olub
    Müqəddəs Məşhəd şəhəri şadlığa qərq olub

İmam Rza(ə)-ın mübarək mövludu bayramı ərəfəsində bu gün axşam xüddamlar və zəvvarların iştirakı ilə Rəzəvi Hərəminin çiçəyə bürünməsi üzrə əzəmətli mərasim keçiriləcək.

Müqəddəs Rəzəvi Hərəmi nəinki bütün İrandan, həm də bütün dünyadan gəlmiş hər bir rəng və irqdən olan zəvvarlarla doludur. Onlar buraya gəliblər ki, mehribanlıqlar imamının mövludu günündə Rəzəvi xəlvətliyində onun qızıl eyvanının bir güşəsinə çəkilib, polad pəncərəsinin arxasında aşiqlik səqqaxanasından bir qurtum su içərək, öz şəfalarını diləsinlər. Rəzəvi hərəminin səhnləri və tağtavanları zəvvarların əzəmətli iştirakı ilə doludur.

Proqnoz edilibdir ki, İmam Rza(ə)-ın mövludu bayramı münasibətilə iki milyona yaxın zəvvar Müqəddəs Məşhəd şəhərində olacaq.

Təqribən dörd milyon piyada zəvvarın pak hərəmə gəlişi də proqnoz edilibdir.

Şiələrin səkkizinci imamı- İmam Əli ibn Musa Əl-Rza(ə) 148-ci hicri qəməri ili ziqədə ayının on birində Nurlu Mədinə şəhərində dünyaya göz açıb. O həzrətin əziz atası, şiələrin yeddinci imamı- İmam Musa Kazim(ə), möhtərəm anası isə Nəcmə xatundur.

Dünya şiələrinin səkkizinci imamı, şərqin parlaq günəşi- İmam Əli ibn Musa Əl-Rza(ə)-ın mövlud bayramı mübarək olsun!

Teqlər