Avq 04, 2017 20:06 Asia/Baku
  • İranın cənubunda xurma yığımı
    İranın cənubunda xurma yığımı

İranın cənubunda, Xorrəmşəhrdə xurma yığımına başlanılıb

Qızmar günəş altında məhsul yığımı. İlin ən isti günlərini təcrübə etdiyimiz bu günlər ölkənin cənub vilayətlərində,  xurma bağlarında məhsul yığımına təsadüf edir. Xüsusi ilə Xorrəmşəhrdə havanın temperatrunun 50 dərəcəyə çatmasına baxmayaraq, xurma bağlarında məhsul yığımı fasiləsiz olaraq davam edir.

 

Bura Xorrəmşəhrdir. Havanın temperaturu 50 dərəcə olsa da, bu günlər xurma bağlarında qızğın iş gedir. Yetişmiş məhsulun vaxtında toplanması üçün hər kəs əl-ələ verərək, çalışır. Ümumi sahəsi 3700 hektar olan xurma bağlarının 2100 hektarında artıq məhsl yığımı başlanıb.  

 

Xurma istehsalçısı:

Məhsul yığımına başlamışıq. Bizim ruzimiz bu xurma hesabına təmin edilir.

 

Xurma ilə yanaşı 2 ton xarək və rotəb məhsulu də yığılmaqdadır.

 

Əhmədiyan – Aqranom:

Ötən il ilə müqayisədə 20%-ə qədər daha artıq məhsulun əldə ediləcəyi proqnoz edilir.

 

Məhsul yığımı məktəblərdə yay tətillərinə təsadüf edir.  

 

Məktəbli:

Xurma toplamaqda valideynlərimizə kömək edirik.

 

Xarək və rotəb yığımında suvarma təsirli rola malikdir. Belə ki, məhsl yığımı zamanı, xurma ağacının suya və rütubətə olan ehtiyacı təmin edilməlidir. Xorrəmşəhrdə xurma ən mühüm əkinçilik sahəsi hesab olunur və burda 15 növə yaxın xurma yetişdirilir. Bir neçə gün sonra xarək və ya kal xurma yığımı başa çatacaq və təqribən bir ay sonra yetişmiş xurma məhsulunun yığımı başlanacaq.

 

Teqlər