Sen 29, 2017 21:28 Asia/Baku
  • İmam Hüseyn(ə) Tasuası münasibətilə başsağlığı veririk
    İmam Hüseyn(ə) Tasuası münasibətilə başsağlığı veririk

İslami İran Hüseyn(ə) Tasuası gecəsində başdan-başa kədər, matəm və qaraya bürünübdür.

Sabah, şənbə, 1439-cu hicri qəməri ili, Məhərrəmulhəram ayının doqquzu, İmam Hüseyn(ə) Tasuası günüdür.

Bütün İslami İranda Hüseyn(ə) əzadarları Hüseyn(ə) Tasuası və Aşurası günlərində əzadarlıq mərasimləri keçirərək, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin sadiq davamçıları, o cümlədən o pak imamın möhtərəm qardaşı- Həzrət Əbulfəzl Əl-Əbbas(ə)-ın şəhadətinin ildönümü gününü əziz tuturlar. 

İran İslam Respublikasının TeleRadio Təşkilatı İmam Hüseyn(ə) Tasuası və Aşurası günlərinin gəlib çatması münasibətilə bütün müsəlmanlara, xüsusən şiələrə və dünyanın digər azadlıqsevərlərinə dərin hüznlə başsağlığı verir.

Teqlər