Noy 16, 2017 21:33 Asia/Baku
  • Əziz İslam Peyğəmbərinin (s.ə.s) vəfatı və İmam Həsənin (ə) şəhadətinin ildönümü günü
    Əziz İslam Peyğəmbərinin (s.ə.s) vəfatı və İmam Həsənin (ə) şəhadətinin ildönümü günü

İslami İran əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və dünya şiələrinin ikinci imamı Həzrət İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü gecəsində matəmə qərq olub.

Sabah 28 səfər 1439-cu hicri qəməri ili, 17 noyabr 2017-ci il əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və şiələrin ikinci imamı Həzrət İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü günüdür.

Əziz islam peyğəmbəri 11-ci hicri qəməri ilində vəfatından öncəyə qədər mehribanlıqla, dinin qaydaları və hökmlərini ən gözəl üslubda və mətanətli şəkildə bəyan etdi və din və dinin mararifinin yayılmasına mümkün qədər çalışdı.

Əziz atası İmam Əli İbn Əbitalibdən (ə) təxminən 30 il müddətinə dini təlimatları alan Həzrət İmam Həsən Muctaba (ə) da 50-ci hicri qəməri ili 28 səfərdə Müaviyənin göstərişi ilə öz həyat yoldaşı tərəfindən zəhərləndi və şəhid edildi.

İslami İranın xalqı Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və İmam Həsənin (ə) şəhadətinin ildönümü gecəsi və günündə, məscidlər, hüseyniyyələr, Məşhəddə İmam Rzanın (ə) ziyarətgahı və Qumda Həzrət Məsumənin (s.ə) ziyarətgahında matəm saxlayır.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümünün gəlib çatması ilə əlaqədar bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

Teqlər