Dek 05, 2017 20:19 Asia/Baku
  • Əziz islam peyğəmbəri (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladətləri günü mübarək olsun!
    Əziz islam peyğəmbəri (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladətləri günü mübarək olsun!

Sonuncu ilahi peyğəmbər Həzrət Məhəmməd Mustafanın (s.ə.s) və vilayət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətinin ildönümü gecəsində İslami İran nur və şənlik içindədir.

Sabah çərşənbə, 17 rəbiüləvvəl ,  əziz islam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətinin ildönümünə təsadüf edir.

İranın müxtəlif yerlərində vətəndaşlar, şiə və sünni hamılıqla, məscidləri, mənzilləri, küçələri, mağazaları rəngli bayraqlar və çıraqlarla bəzəyərək mərasim təşkil edir, şirni və noğul palyayır və bu səadətli günü şənlik edirlər.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı sonuncu ilahi peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) və Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümünün gəlib çatması münasibəti ilə bütün müsəlmanları və dünyanın azadlıqsevərlərini təbrik edir.