Yan 05, 2018 20:44 Asia/Baku
  • “Təbriz-2018; İslam Dünyasının Turizm Paytaxtı” proqramının açılış mərasimi
    “Təbriz-2018; İslam Dünyasının Turizm Paytaxtı” proqramının açılış mərasimi

2018-ci il üçün İslam Dünyasının turizm paytaxtı elan edilən Təbrizin turizm potensiallarının region və dünyaya tanıtdırılması istiqamətində nəzərdə tutulan “Təbriz-2018” proqramına start verilib.

2018-ci il üçün İslam Dünyasının turizm paytaxtı elan edilən Təbrizin turizm potensiallarının region və dünyaya tanıtdırılması istiqamətində nəzərdə tutulan “Təbriz-2018” proqramına start verilib. Bu proqram çərçivəsində qədim tarixə malik olan Təbriz şəhəri, onun gözəl təbiəti və zəngin mədəniyyəti, turizm cazibələri və özünəməxsus musiqisi, əl işləri sənayesi və incəsənət potensialları ilə dünyaya daha artıq tanıtdırılmalıdır.

“Təbriz-2018; İslam Dünyasının Turizm Paytaxtı” proqramına  hökmət rəsmiləri, xarici ölkələrin İrandakı səfirləri, mədəniyyət və ictimai xadimlərin iştirakı ilə keçirilən xüsusi mərasimdə start verilib.  

İranın Mədəni İrs Təşkilatının sədri cənab Munisan bu proqramla bağlı deyib: “Bu hadisə Təbriz, Azərbaycan və ümmiyyətlə ölkə üçün çox  yaxşı bir fürsətdir. Bildiyiniz kimi, bu gün turizm dünyanın 3-cü ən böyük iqtisadiyyatına çevrilib. Bir çox ölkə bu yolla öz valyuta gəlirlərini sürətlə artırır. Həmçinin, turizm ölkədə yeni iş yerlərinin yaradılmasında da önəmli rol oynaya bilər. Və ölkəmiz üçün bu hər iki məsələ böyük önəm kəsb edir.”

İranın mədəniyyət və islam irşadı naziri cənab Salehi də bu mərasimdə Təbriz və Azərbaycanı İranın qaşı adlandırıb və deyib: Təbriz 2018-ci ildə diplomatiya, mədəniyyət və incəsənət baxımından İran və dünya arasındakı bağlılığın simvolu olacaq.

İran İslam Şurası Məclisinin sədr müavini cənab Pezeşkiyan da bu mərasimdə çıxış edərək, Təbriz-2018 hadisəsini bir başlanğıc adlandırıb və deyib: Təbriz sivilizasiya, elm və mədəniyyətin beşiyidir. Buna görə də bu şəhəri dünyaya daha artıq tanıtdırmaq üçün bütün imkanlarımızdan istifadə etməliyik.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü də Təbriz-2018 hadisəsinin önəminə təkid edərək, xarici qonaqların Təbrizə səfərinin asanlaşdırılmasını Xarici İşlər Nazirliyinin əsas prioritetlərindən adlandırıb: “İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu məsələnin gündəmə gətirildiyi ilk gündən bu proqramın icra komitəsinin mühüm tərəflərindən biri olaraq aktiv iştiraka malik olub. Və Xarici İşlər Nazirliyi öz səfirlikləri və konsulluq xidmətinə malik olan bütün nümayəndəlikləri vasitəsi ilə bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək.”

Təbriz şəhərinin icra başçısı cənab Munisan da Təbrizin turizmlə bağlı potensiallarından danışaraq, Təbriz-2018 hadisəsini önəmli adlandırıb: “Təbriz şəhəri böyük potensiallara malikdir və elə buna görə də İslam Dünyasının turizm paytaxtı seçilib. Bu məsələ öz-özlüyündə Təbriz şəhərinin dünyaya tanıtdırılması üçün çox dəyərli fürsət sayılır. Bu fürsətdən istifadə edərək, xarici ölkə vətəndaşlarını xüsusilə də İslam ölkələri vətəndaşlarını 2018-ci ildə Təbriz şəhərinin qonağı olmağa dəvət etmək lazımdır. Və əminəm ki, onlar bu şəhərdən xoş xatirələrlə ayrılacaqlar.”

23 mart 2018-ci il tarixində isə İran İslam Respublikası və bir sıra xaric ölkə prezidentinin iştirakı ilə  “Təbriz-2018” beynəlxalq seminarı keçiriləcək.