Mart 19, 2018 10:16 Asia/Baku
  • İmam Rza(ə) hərəmi Baqirəlulum(ə)-ın mövlud gecəsində nura boyanıb
    İmam Rza(ə) hərəmi Baqirəlulum(ə)-ın mövlud gecəsində nura boyanıb

Dünya şiələrinin səkkizinci imamı Həzrət Samin Əlhucəc Əli ibn Musa Əl-Riza(ə)-ın pak hərəmi dünən imamət və vilayət səmasının beşinci nurlu ulduzunun mövludu gecəsində nur və şadlığa bürünübdür.

Bu gün, 1439-cu hicri qəməri ili rəcəb ayının biri və 2018-ci milad ili martın 19-u, dünya şiələrinin beşinci imamı, İmam Muhəmməd Baqir(ə)-ın səadətli mövludunun ildönümü günüdür.

Bu münasibətlə dünən, axşam azanı ilə bir zamanda pak Rəzəvi hərəmiin təbilləri çalınmağa başlayaraq, Baqirəlulum(ə)-ın mövludunu müjdə verdilər.

İmamət və vilayət səmasının beşinci nurlu ulduzunun mövludu münasibətilə Həzrət İmam Rza(ə)-ın pak hərəminin bütün səhn və məkanları bəzədilmişdi.

Bütün İslami İrandan və dünya ölkələrindən gəlmiş zəvvarlar da Həzrət İmam Rza(ə)-ın ziyarətinə gəliblər ki, bu mübarək mövludu öz imamlarına təbrik desinlər.

Teqlər