Apr 25, 2018 09:43 Asia/Baku
  • Təbəs səhrasında ABŞ-ın İrana hərbi hücumda məğlub olmasının ildönümü
    Təbəs səhrasında ABŞ-ın İrana hərbi hücumda məğlub olmasının ildönümü

Bu gün 25 aprel 2018-ci il ABŞ-ın Təbəs səhrasında İrana hərbi hücumda məğlub olmasının ildönümü günüdür.

38 il öncə 25 aprel 1980-ci ildə ABŞ bir çox helikopter və təyyarə ilə İran ərazisinə hərbi hücuma keçdi. 

İran İslam Respublikası quruluşunu məğlub etmək çərçivəsində müxtəlif fəndlərlə nəticəyə çata bilməyən ABŞ hökuməti 4 noyabr 1979-cu ildə Birləşmiş Ştatların casusluq yuvasının ələ keçirilməsi zamanı saxlanılan casuslarını azad etmək məqsədilə İrana hücum etdi. 

Amerikalıların bir çox oxşar məkanlarda dəqiq proqramlarla, modern təchizatlarla çoxlu təlimlər keçməsinə rəğmən Təbəsə həbri hücum Təbəs şəhəri ətrafında səhralıq ərazidə qum tufanının baş verməsinə görə, məğlubiyyətə uğradı, bir çox təyyarə və vertolyot yandı, bir neçə amerikalı hərbçi öldü və onların qalanı uğursuzluqla və rüsvayçılıqla İran ərazisindən qaçdı. 

Amerikalılar Təbəsdə endikdən sonra helikopter vasitəsi ilə Tehrana doğru uçmalı və Amerika səfirliyində diplomat adı altında diplomatik tapşırığı yerinə casusluqla məğlu olan və yenicə ayaq açmış İran İslam Respublikası quruluşunu devirmək üzrə əməliyyatı planlaşdıran şəxsləri bu məkandan çıxarmalı idilər. 

Həmin hadisədən qalan sənədlər bu hücumun İranın şərqində istifadəyə yararsız aerportun müəyyənləşdirilməsi vasitəsi ilə Təbəs səhrasında İranın iqlim şəraitindən istifadə olunmaqla dəqiq xəritə və hesablanma ilə planlaşdırıldığını göstərir. 

Təbəs hadisəsi ABŞ-ın İslam İnqilabından sonra tarixi olaylarda İran xalqına qarşı təcavüzkar məqsədlərinə başqa bir sənəd kimi qeydə alınmışdır. 

Teqlər