May 26, 2018 08:36 Asia/Baku
  • Bu gün əziz islam peyğəmbərinin (s.ə.s) həyat yoldaşının vəfatının ildönümü günüdür
    Bu gün əziz islam peyğəmbərinin (s.ə.s) həyat yoldaşının vəfatının ildönümü günüdür

Bu gün şənbə mübarək Ramazan ayının onu əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) həyat yoldaşı Həzrət Xədicənin (s.ə) vəfatının ildönümü günüdür.

Qüreyşin tanınmış və varlı qadınlarından olan Həzrət Xədicə Besətdən 15 il öncə əziz islam peyğəmbəri ilə evləndi. 

Bu böyük xanım peyğəmbərin Allahın elçisi olmasına ilk iman gətirən qadın idi və var-gücü ilə bütün sərvətini islam dininə həsr etdi. 

Həzrət Xədicə (s.ə) islamdan öncə də layiqli, fəzilətli əxlaqa malik olduğuna görə Tahirə ləqəbi almışdı. 

Həzrət Xədicənin (s.ə) islam peyğəmbəri (s.ə.s) üçün əhəmiyyəti o qədər yüksək idi ki, Həzrət Məhəmməd (s.ə.s) bu böyük xanımın vəfatını böyük müsibət adlandırdı. Həzrət Xədicənin vəfatı və islam peyğəmbərinin başqa ən böyük hamisi əmisi Həzrət Əbutalibin (ə) vəfatına görə, həmin ili Amul-Huzn (Hüznlü il) adlandırdı. 

Həzrət Xədicə (s.ə) altı övlad dünyaya gətirdi və Həzrət Fatimə (s.ə) onların arasında xüsusi əhəmiyyətə malikidir. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Həzrət Xədicənin (s.ə) vəfatının gəlib çatması ilə əlaqədar bütün şiələr, Əhli-Beyt (ə) aşiqləri və digər dünya azadlıqsevərlərinə başsağlığı verir.