İyun 05, 2018 21:36 Asia/Baku
  • Qədr gecəsi; Dünya şiələrin 1-ci imamının şəhadətə qovuşduğu gecə
    Qədr gecəsi; Dünya şiələrin 1-ci imamının şəhadətə qovuşduğu gecə

Bu gecə mübarək Ramazan ayının 21-ci gecəsi, 2-ci Qədr gecəsidir. İran xalqı məscidlər və digər dini məkanlarda Qədr gecəsinin mərasimlərini keçirirlər.

Sabah çərşənbə, 21 Ramazan, dünya şiələrinin 1-ci imamı Həzrət Əlinin (ə) şəhadətinin ildönümü günüdür. 

Mübarək Ramazan ayının 19-cu gecəsi səhərə yaxın Xəvaric qrupundan İbn Mülcəm Muradi dünya şiələrinin birinci imamı Həzrət İmam Əlinin sübh namazı qıldığı vaxt zəhərli qılıncla onu başından vurdu. 

Şiələrin 1-ci imamı iki gün sonra yəni mübarək Ramazan ayının 21-də şəhid oldu. 

Mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələri Qədr gecələridir. 

Qədr gecəsi bütün ildə heç bir gecənin fəzilətinin çatmadığı gecədir. Həmin gecədə yaxşı iş görmək min aya bərabərdir, ilin təqdiri həmin gecədə gerçəkləşir. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı dünya şiələrinin 1-ci imamının şəhadətinin ildönümünün gəlib çatması ilə bağlı müsəlmanlar və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir. 

Teqlər