Avq 19, 2018 07:42 Asia/Baku
  • Bu gün İmam Məhəmməd Baqirin(ə) şəhadətinin ildönümü günüdür

İslami İran dünya şiələrinin beşinci imamı, İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü günündə matəm içindədir.

Bu gün, bazar, 1439-cu hicri qəməri ili zilhəccə ayının yeddisi, dünya şiələrinin beşinci imamı, İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü günüdür.

Şiələrin beşinci imamının ləqəbi, Baqir və ya Baqirəlulum olub.

Həzrət İmam Muhəmməd Baqir(ə) möhtərəm atası, Həzrət İmam Zeynəlabidin(ə)-ın şəhadətindən  sonra 19 il on ay həyat sürdü və bu müddətdə imamlığın mühüm vəzifələrini həyata keçirdi.

İmam Muhəmməd Baqir(ə) öz imamlığı dövründə qəsbkar hökumət aparatını düzgün rəhbərlik xəttinə yönəltmək, xalq arasında möhtərəm atasının ənənələrini həyata keçirmək, xalqa və səhabələrə rəhbərlik etmək, şagirdlər yetişdirmək, islami mədəniyyəti yayılmaq və təbliğ etməkdə bir an belə qəflətə qapılmadı.

Şiələrin beşinci imamı 114-cü hicri-qəməri ili zilhəccə ayının yeddisində 57 yaşında Mədinə şəhərində Əməvi xəlifələrindən olan Hişam bin Əbdulməlik tərəfindən zəhərləndirilərək, şəhid oldu.

İslami İran xalqı İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümünün günü və gecəsində məscidlər və təkyələrdə, eləcə də Həzrət İmam Rza(ə) və Həzrət Məsumə(s.ə)-nın pak ziyarətgahlarında olaraq, matəm saxlayır.

İranın TeleRadio Təşkilatı dünya şiələrinin beşinci imamı, Həzrət İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü gününün gəlib çatması münasibətilə müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

Teqlər