Avq 23, 2018 10:20 Asia/Baku
  • Ruhinca müsəlmanları bayram namazını düşərgələrdə qılıblar
    Ruhinca müsəlmanları bayram namazını düşərgələrdə qılıblar

Yüz minlərlə ruhinca müsəlmanı Banqladeşdə didərgin düşərgələrində qurban bayramı namazını qılıblar.

İRİB-in verdiyi məlumata görə, yarım milyondan çox ruhinca müsəlmanı dünən Banqladeşin cənubunda müvəqqəti məscidlərdə qurban bayramı namazını qılıb. 

Banqladeşin Kaks bazar şəhərində bu mərasim minlərlə myanmalı didərginin iştirakı ilə daha möhtəşəm keçirilib. 

Myanmalı müsəlman didərginlər bu il qurban bayramı mərasimlərini daha ağır şəraitdə keçirirlər. 

Birləşmiş Millətlər Təşkilatı rəsmilərinin ifratçı buddistlər və Myanma ordusunun Myanma müsəlmanlarına qarşı soyqırımı törədildiyinə dair hesabatına rəğmən Myanma dövləti müsəlmanlara qarşı cinayətlərini hələ də davam etdirir. 

Teqlər