Okt 15, 2018 19:12 Asia/Baku
  • 18-ci Beynəlxalq Sənaye Sərgisi - Tehran
    18-ci Beynəlxalq Sənaye Sərgisi - Tehran

570 şirkətin iştirak etdiyi 18-ci Beynəlxalq Sənaye Sərgisi Tehranda işə başlayıb.

Sənaye sahəsindəki ən son yeniliklər. Burada, Tehranda. 18-ci Beynəlxalq Sənaye Sərgisində yüzlərlə yerli və xarici şirkət ən son məhsullarını nümayiş etdirirlər.

“Tehran sərgisində 180-ni yerli şirkət olmaqla, 570 şirkət iştirak edir”

Bu sənaye sərgisində müxtəlif istehsal sahələrində istifadə edilən ən son dəzgahlar və elektron cihazlar nümayiş etdirilir.

Müşahidə etdiyiniz bu cihaz İranda ilk dəfə olaraq nümayiş etdirilən lazer izolyasiya cihazıdır.

İstehsalda ən son texnologiyadan istifadə, istehsal prosesini sürətləndirməklə yanaşı, məhsulun keyfiyyətinə də müsbət təsir buraxır.

Bu cihazlar isə dözümlülük və davamlılığın  yoxlanılması cihazlarıdır. Bu cihazlar 120 çeşiddə istehsal olunur.

Gördüyünüz bu cihaz isə 3D ölçü aparatıdır. Bu “CMM” cihazı müxtəlif əşyaların 3D ölçülərini çıxartmağa qadirdir.

Yerli məhsulların yüksək keyfiyyətə malik olması sərgiyə baxış keçirən xaricilərin də diqqətini özünə cəlb edir.

“İran geniş potensiala malik bir bazardır. Buna görə də biz İran şirkətləri ilə əməkdaşlıq etmək istəyirik.”

İranda təqribən 1500 iri istehsal mərkəzi habelə, 2 minə yaxın emalatxanada sənaye sektoru üçün lazımı təchizatlar istehsal edilir.

Artıq 18 ildir ki, keçirilən beynəlxalq sənaye sərgisi isə yerli məhsulların tanıtdırılması üçün dəyərli fürsət sayılır.