Okt 28, 2018 14:27 Asia/Baku
  • Husəyn(ə) məhəbbəti yolunda
    Husəyn(ə) məhəbbəti yolunda

Husəyn(ə) zəvvarlarının əksər hissəsi İraq sərhədlərini keçib və müqəddəs Kərbəlaya doğru hərəkətdədir. Nəcəf-Kərbəla istiqaməti müxtəlif milliyyət və qövmdən olan Ərbəin yürüşçüləri ilə doludur. Onların hamısı Husəyn(ə) məhəbbəti ətrafına toplaşıbdır.

Mən dəvət olunmuşam.

Mənim yolum eşq yoluna düşüb.

Fərqi yoxdur; xidmətçi olasan, ya zəvvar. Bura eşq yoludur və məqsəd, məşuqa çatmaqdır.

Müsahibə: Ərbəin ziyarəti möminin nişanələrindəndir.

Müsahibə: Bizim hazırda şahidi olduğumuz bu şövq doğrudan da vəsfolunmazdır.

Hər kəs var gücü ilə, işindən və tutduğu yerindən asılı olmayaraq, Husəyn(ə)-ın, onun vəfalı köməkçiləri və zəvvarlarının xidmətçisi olmağı qəbul edibdir.

Müsahibə: Biz belə planlaşdırmışdıq ki, hər yemək vaxtı 27 min nəfəri təmin edək. Əlhəmdulillah, hər gün ondan da artıq yemək hazırlayır və əziz zəvvarların qulluğundayıq.

Sənin azadəliyin yolunda biz burada ayaqyalın və ürəyiyanıqlı əsgərik.

İndi yüksəkliklər birbəbir adlanır ki, məşuqa çatmış olaq. Kaş, bizim bütün qərarlarımızın sonu, Husəyn(ə)-a eşq olmuş olaydı.