Noy 16, 2018 01:00 Asia/Baku
  • Bu gün şiələrin 11-ci imamının şəhadətinin ildönümü günüdür

Bu gün cümə (16 noyabr), rəbiül-əvvəl ayının 8-i, şiələrin 11-ci imamı, İmam Həsən Əsgərinin(ə) şəhadətinin ildönümü günüdür.

Hicrətin 260-cı ilində, rəbiül-əvvəl ayının 8-də İslam Peyğəmbərinin(s.ə.s) nəvələrindən olan İmam Həsən Əsgəri(ə) İraqın Samira şəhərində şəhid edilir.

İmam Həsən Əsgəri(ə) 232-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açmışdı.

Əziz atası İmam Hadi(ə) ən yaxşı insani fəzilətlərə və kamala malik idi. Anası da xeyirxah bir insan və fəzilət sahibi idi.

İmam Həsən Əsgəri(ə) atası şəhid edildikdən sonra, imamət kimi mühüm bir vəzifəni öhdəsinə götürmüş olur.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı adından İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü münasibətilə Əhl Beyt(ə) aşiqlərinə başsağlığı veririk.

Teqlər