Noy 24, 2018 17:54 Asia/Baku
  • Sonuncu rəsulun mövludu
    Sonuncu rəsulun mövludu

Bu gecə əziz peyğəmbərin mövludunun şövqündən konullər həyəcan yaşayır. Rəbiül-Əvvəl ayının 17-də Səmadan bir günəş yerə endi və yerin gecəsini bündüzə çevirdi.

Nəhayət xilqətin intizarı sona çatdı və insanların ən böyük hidayətçisi göndərildi. 

Nəbiyyi Əkrəmin(s.ə)  və imam Sadiqin(ə) mövludunu bütün dünya müsəlmanlarına təbrik edirəm. 

İnşaallah bu günlərdə xoş övqat yaşayacaqsınız, üzünüz gülər olsun bayramınız mübarək! 

Yerin baharına salam olsun! 

Risalət gülüstanının ən seçilmiş gülü, salehlər hökumətinin banisi Məhəmməd. 

12 nur çeşməsi peyğəmbərimizin vücudu sayəsində fantanladı və beləliklə insanlar sudan doydu

Ürəyimiz və yolumuz, həyat tərzimiz Allahın peyğəmbəri(s.ə) kimi olarsa mütləq dünya gülüstan olacaq. 

Və artıq heç kim dərdli olmayacaq. 

Sən gəldin ki, məsum qız uşaqları diri-diri basdırılmasınlar, igid oğullar cəhalət savaşında həlak olmasınlar və kimsəsiz qadınlar əsir edilməsinlər. 

Allahın peyğəmbəri cəhalətə və bütpərəstliyə son qoymaq üçün gəldi və hamımızı mehribanlığa və əxlaqi səciyyələrə dəvət etdi. 

Gəlin Allahın peyğəmbəri kimi ürəklərimizi birləşdirək,biri-birimizi sevək, biri-birimizə qarşı qardaş kimi davranaq. 

Bizdə ətrafımızı yaxşı görə, ehtiyaclıların əlindən tuta bilərik. 

Hə! Sən Allahın sonuncu rəsulu oldun və özündən sonra insanların hidayəti üçün Əlini və onun övladlarını təqdim etdin. 

Toylarımızı , şənliklərimizi bu günlərə salaq ona görə ki, peyğəmbərin mövludu günü unudulmaz gündür.

Ümid edirik Ali-Məhəmməd övladı Mehdinin gəlişi ilə dünyada ədalət, məhəbbət və mehribanlıq yayılacaq.