Dek 03, 2018 20:42 Asia/Baku
  • Payız; sevgi dolu xatirələr fəsli...
    Payız; sevgi dolu xatirələr fəsli...

Payız fəslində min bir rəngə boyanan təbiət öz füsunkarlığı ilə həmişə insanların könlünü oxşayıb. Ayaqlar altında xışıldayan yarpaqlar isə bizə öz dastanlarını pıçıldayırlar.

“Yarpaqların xışıltısı insana ləzzət edir, könlünü oxşayır.”

Payız. Təbiətin rəssamı və min bir rəngin fəsli.

“Sarı, yaşıl və qırmızı rənglərin qarışığı...”

“İnsana gözəl hiss bəxş edir...”

Hər bir yarpağın öz dastanı var. Payız fəslində bir arada olmağın da öz ləzzəti var.

“Sırf bu gözəlliyi seyr etmək üçün burdayam. İnsanın könlü fərəhlə dolur. Fəsillərin tacıdır payız.”

“Belə bir havada evdə oturmaq çox cansıxıcıdır. Burda olmaqdan zövq alırıq.”

“Bu, hər bir insanın seyr etmək istəyəcəyi misilsiz bir gözəllikdir.”

Payız. Sevgi dolu xatirələr fəsli.

“Misilsizdir. Bu gözəlliyin misli heç yerdə  yoxdur.”

“Həyat yoldaşım ilə ilk görüşümüz payızda olub və mən elə o zaman ona aşiq oldum.”

Xəzan fəslində təbiət bir başqa olur.