Yan 01, 2019 09:22 Asia/Baku
  • Yeni milad ili təbriki

Bu gün, 2019-cu il yanvarın biri, yeni milad ilinin ilk günüdür.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İran xristianları xüsusiyyət təşkil etməklə bütün dünya xristianlarını yeni milad ili münasibətilə təbrik edərək, onlar üçün dünya miqyasında sülh və asayişlə yanaşı olan bərəkətlə dolu bir il arzu edir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani və ölkənin digər rəsmiləri xristian ölkələrin başçıları, rəsmiləri və xalqlarına müraciətlər göndərərək, yeni milad ili münasibətilə onları təbrik edib və hamı, xüsusən xristianlar üçün sağlamlıq və sülh arzu ediblər.

Hər il milad ilinin sonuncu günü olan 31 dekabr gecəsində bir çox dünya ölkəsində yeni il şənlikləri keçirilir. 

Həzrət İsa Məsih(ə) böyük ilahi peyğəmbərlərdən olaraq, Qurani-Kərimdə böyük hörmətlə yad edilibdir.

Qurani-Kərim bir çox ayələrdə Həzrət İsa Məsih(ə)-ı və Ululəzm peyğəmbərlərindən biri kimi onun yerini təqdim edir.

Teqlər