Fev 02, 2019 16:21 Asia/Baku
  • İslam İnqilabı və Müqəddəs Müdafiə Nailiyyətləri Milli Sərgisinin açılış mərasimi
    İslam İnqilabı və Müqəddəs Müdafiə Nailiyyətləri Milli Sərgisinin açılış mərasimi

İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibəti ilə İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin iştirakı ilə İslam İnqilabı və Müqəddəs Müdafiə nailiyyətləri milli sərgisinin açılış mərasimi keçirilib.

İslam İnqilabı və Müqəddəs Müdafiə Nailiyyətləri Milli Sərgisi İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü ilə bir vaxtda işə başlayıb.

İran İslam Şurası Məclisinin sədri sərginin açılış mərasimində İslam İnqilabını əsrin ən önəmli hadisəsi adlandırıb və ölkənin İslam İnqilabından öncəki dövrünə işarə edərək, İslam İnqilabının mühüm nailiyyətlərindən söz açıb.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani: “Daxili siyasətə gəlincə mövcud diktatura sisteminin sıradan çıxdığına və quruluşun xalqın ixtiyarına verildiyinə işarə etmək olar. Bu ölkənin ən böyük daxili nailiyyəti idi. Yəni dini demokratiyaya əsaslanan bir quruluşun yaradılması. Artıq xalq özü öz taleyinə hakimdir.”

İran İslam Şurası Məclisinin sədri daha sonra müxtəlif sahələrdəki nailiyyətlərə işarə edərək, dedi: Müstəqil olmaq istəyən  hər bir ölkə üçün problemlərin yaradılması amerikalıların beynəlxalq siyasətdəki dəyişilməz prinsipidir.

Əli Laricani: “Doğrudur, çətin dövrdür. İqtisadi baxımdan bizim üçün problemlər yaradıblar. Amma, bunun özü yeni fürsətlər də yaradıb. Bir çox sənaye sahəsində biz texnologiya sahibi olmuşuq. Bu, xaricdən zavod almaq deyil. Bunu hər ölkə edə bilər.”

İranın Atom Enerjisi Təşkilatının sədri də bu mərasimin kənarında nüvə sahəsində əldə edilən ən böyük uğuru iranlı mütəxəssislərin nüvə elminə yiyələnməsi adlandırıb və deyib: İran qonşu ölkələrdə təhqiqat xarakterli yüngül su reaktorları quraşdırmağa hazırdır.

Əli Əkbər Salehi: “Biz hazırda təhqiqat reaktorlarını çox asanlıqla quraşdıra bilərik. Misal üçün Tehranda mövcud olan 5 meqavatlıq təhqiqat reaktorunun oxşarını biz 20 meqavat gücündə quraşdıra bilərik. Onu yanacaqla təmin edə bilərik. İdarəetmə və nəzarət otağını layihələşdirə bilərik. Hər bir işini görə bilərik. Mən buradan qonşu ölkələrə elan edirəm, əgər yüngül su rekatorlarına malik olmaq istəsələr, biz onlar üçün bunu quraşdıra bilərik.”

Xatəmül Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının Strateji Araşdırmalar Mərkəzinin sədri general-mayor Abbas Fərəcpur da müdafiə sahəsindəki nailiyyətlərə işarə edərək, deyib: “Ötən 40 ildə hava hücumundan müdafiə sahəsində əldə etdiyimiz uğurlara nümunə olaraq Yaxın Şərqdə ən təhlükəsiz səmanın İrana məxsus olduğunu demək kifayətdir. Və bu ordu, Sepah, Bəsic və digər qüvvələr üçün böyük bir fəxrdir.”

Daha sonra mərasim İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümünə məxsus markanın təqdimatı və 3 şəhid ailəsinin mükafatlandırılması ilə davam edib.