Mart 09, 2019 20:08 Asia/Baku
  • Sabah İmam Əli əl-Nəqinin (ə) şəhadətinin ildönümü günüdür
    Sabah İmam Əli əl-Nəqinin (ə) şəhadətinin ildönümü günüdür

Sabah 1439-cu hicri qəməri ili rəcəb ayının üçü, 2019-ci milad ili martın 10-u, dünya şiələrinin on birinci imamı, Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günüdür.

Həzrət İmam Əli Əl-Nəqi(ə) 212-ci hicri qəməri ilində Mədinə şəhərinin yaxınlığında dünyaya göz açıb. O həzrət möhtərəm atası, İmam Cavad(ə)-ın göstərişləri altında qərar tapıbdır.

O həzrət möhtərəm atasının şəhadətindən sonra islami cəmiyyətin rəhbərliyi və imaməti öhdəsinə götürüb.

Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın məşhur ləqəblərindən Hadi, "hidayət edən" deməkdir.

İmam Hadi(ə) əsl İslam-ın nurlu simasının təqdimində çox səy göstəribdir.

O həzrət müxtəlif dini və fikri məsələlər barədə bəhs üçün bir çox yığıncaqlar keçirib və bu yığıncaqlarda verilən suallar və irəli sürülən şübhələri cavablandırıbdır.

Bir tərəfdən, İmam Hadi(ə)-ın geniş elmi və biliyi, digər tərəfdən də o həzrətin xalq arasındakı böyük cazibədarlığı və hörməti Abbasi hökmranlarının paxıllığı və küdurətinə səbəb olurdu və nəhayət, onlar bir fitnə ilə o həzrəti şəhid etdilər.

Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı veririk.