Apr 09, 2019 13:29 Asia/Baku
  • Bu gün İmam Hüseynin(ə) mövlud günüdür
    Bu gün İmam Hüseynin(ə) mövlud günüdür

Bu gün şiələrin üçüncü imamı Hüseyn ibn Əlinin(ə) səadətli mövlud günündə İslami İran sevincə qərq olub.

Bu gün 3 şaban, İmam Hüseynin(ə) mövlud günü və İranda "keşikçi" günüdür.

Şaban ayının üçü şiələrin üçüncü imamı həzrət İmam Hüseyn(ə)-ın mövlud günüdür. İmam Hüseyn(ə) Kərbəlada göstərdiyi misilsiz fədakarlıq ilə bəşəriyyətə azadlıq və izzət dərsi verdi. Buna görə də adı İslam və Quranın müdafiəçisi olaraq bəşəriyyət tarixinə keçib.

İran İslam Respublikasının banisi İmam Xomeyni(rə) İran təqvimində İmam Hüseynin(ə) mövlud gününə "keşikçi" adını verməklə o həzrətin izzət, azadlıq və bəsirət baxımından hamı üçün bir nümunə olmasını istədi.

İranın Teleradio Təşkilatı da bu əziz gün münasibətilə dünya müsəlmanlarını təbrik edir.

Teqlər