May 27, 2019 12:20 Asia/Baku
  • İslami İran Həzrət Əli(ə)-ın şəhadəti əzadarlığında
    İslami İran Həzrət Əli(ə)-ın şəhadəti əzadarlığında

İslami İran dünya şiələrinin birinci imamı, möminlər ağası, Həzrət Əli(ə)-ın şəhadəti əzadarlığında hüzn və kədər içindədir.

İslami İranın mömin xalqı bu gün müxtəlif əzadarlıq mərasimlərində iştirak edərək, dünya şiələrinin birinci imamı, Həzrət Əli(ə)-ın şəhadətinin matəmində hüzn və kədərə qərq olubdur.

Paklıq Əhli-Beyti(ə) xanədanının vurğunları dünya şiələrinin birinci imamının şəhadətinin ildönümü günündə bütün İranda qara bayraqlar dalğalandırıb, hüseyniyyələr, təkyələr, məscidlər, mənzillər və mağazaların qapılarının üstünü qaraya bürüyərək, Həzrət Əli(ə)-ın şəhadəti ilə bağlı matəm saxlayıblar.

Dünən gecə də Həzrət Əli(ə)-ın şəhadəti gecəsində İranın Məşhəd şəhərində dünya şiələrinin səkkinci imamı Həzrət İmam Rza(ə)-ın ziyarətgahının ətrafındakı sakinlər və zəvvarlardan ibarət milyonlarla nəfər matəm göz yaşları axıdıbdır.

Bu gün, 1440-cı hicri qəməri ili ramazan ayının 21-i, 1398-ci günəş ili xordad ayının altısı və 2019-cu milad ili mayın 27-si, dünya şiələrinin birinci imamı, Həzrət Əli(ə)-ın şəhadətinin ildönümü günüdür.

Mübarək ramazan ayının 19-cu günü səhər tezdən xəvaric qrupundan olan İbn Mulcəm Muradi dünya şiələrinin birinci imamı, Həzrət Əli(ə) sübh namazı qılarkən öz zəhərli qılıncını o həzrətin mübarək başına endirdi.

Dünya şiələrinin birinci imamı zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək ramazan ayının 21-ci günü şəhid oldu.

Mübarək ramazan ayının 19-u, 21-i və 23-ü gecələri, qədr gecələridir. Müsəlmanlar həmin gecələrdə oyaq qalıb, Quranı başları üzərinə qoyub, Couşəni-Kəbir duasını oxuyaraq, Allah-Taala ilə razu-niyaz edirlər.

Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu heç bir gecə onun fəzilətinə çatmaz və onda bir əməl etmək min ayda əməl etməkdən daha yaxşıdır və onda ilin müqəddəratı məlum olur.

Teqlər