Avq 12, 2019 08:39 Asia/Baku
  • Bütün İranda ərəfə duası mərasimi keçirilib
    Bütün İranda ərəfə duası mərasimi keçirilib

Dünən zihəccə ayının doqquzunda hacıların Ərəfat çölünə getmələri ilə bir zamanda İran və bütün dünya müsəlmanları feyzlədolu ərəfə duasını məscidlər və hüseyniyyələrdə zümzümə ediblər.

Bu mərasim İslami İranda xas bir əzəmətlə bütün ölkə boyu universitetlər, hüseyniyyələr, məscidlər və müsəllalarda keçirilibdir.

Əhli-Beyt(ə) sevərlərindən on minlərlə nəfər müqəddəs Kərbəlada olaraq, öz xaliqi ilə razuniyaz edib.

Zihəccə ayının onu ilə bir zamanda Beytullahulhəram zəvvarları Rəmy Cəmrə ilə həcc əməllərinin sonuncu mənzillərinə gediblər.

Rəmy Cəmrə, ya şeytan simvolu həcc mərasiminin dayaqlarındandır və hacılar şeytanın bu xarici simvollarına daş atmaqla əslində şeytani vəsvas və öz nəfsləri ilə mübarizəyə qalxırlar.