Avq 12, 2019 08:41 Asia/Baku
  • Bütün İranda Qurban bayramı namazı qılınıb
    Bütün İranda Qurban bayramı namazı qılınıb

Səadətli Qurban bayramı namazı xalqın geniş iştirakı ilə Tehranla bir zamanda bütün İslami İranda qılınıb.

Zihəccə ayının onu, müsəlmanların böyük bayramlarından olan səadətli Qurban bayramıdır.

Səadətli Qurban bayramı namazı xalqın geniş iştirakı ilə paytaxt Tehranda, İmam Xomeyni(r.ə.) müsəllasında qılınıb.

Qurban bayramı namazı mərasimi bütün İranda da məscidlər, təkyələr və hüseyniyyələrdə keçirilibdir.

Səadətli Qurban bayramında Allah Evinin ziyarətinə gedən hacılar Allah-Taalanın göstərişi ilə və onun razılığı üçün qurbanlıq kəsir və böyük ilahi peyğəmbər, Həzrət İbrahim(ə)-ın xatirəsini yaşadır və əziz tuturlar.