Avq 20, 2019 13:27 Asia/Baku
  • İslami İran vilayət bayramı şənliyinə qərq olub

İslami İran müsəlmanların böyük bayramlarından olan səadətli Qədiri-Xum bayramı günündə başdan-başa şadlıq və şənlik içindədir.

Bu gün 1440-cı hicri qəməri ili zilhəccə ayının 18-i, 2019-cu il avqustun 20-si, müsəlmanların böyük bayramlarından olan səadətli Qədiri-Xum bayramıdır.

Eyd-ul-Əkbər kimi tanınan bu səadətli gündə şiələr qədim adət-ənənəyə əsasən, məscidlər, təkyələr və dini heyətlərdə şənlik mərasimləri təşkil edərək, öz məhəbbətlərini Paklıq Əhli-Beyt(ə)-a ifadə edirlər.

Məşhəd şəhərində yerləşən pak Rəzəvi hərəmi də bu münasibətlə Əmir Əlmöminin(ə) aşiqlərinin vədə yeridir ki, vilayətə eşqlə dolu ürəklərlə bu ilahi barigaha gəlirlər.

Dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın pak ziyarətgahının zəvvarları və ətraf məntəqələrin sakinləri şokolad, şərbət və şirniyyat paylamaqla bu mübarək bayram münasibətilə bir-birilərini təbrik edirlər.

Paklıq Əhli-Beyt(ə) zakirlərinin mövludixanlığı və mədhiyyəçiliyi, nudbə, Əminallah və Komeyl dualarının qiraəti pak Rəzəvi hərəmində, Qum şəhərində Həzrət Fatimə Məsumə(s.ə)-nın və Şiraz şəhərində Şahçerağ ləqəbi ilə tanınan Əhməd ibn Musa ibn Cəfər(ə)-ın pak ziyarətgahlarında və digər dini məkanlar və məscidlərdə həyata keçirilən xüsusi tədbirlərdəndir.

Teqlər