Avq 31, 2019 15:10 Asia/Baku
  • Məhərrəm ərəfəsində ənənəvi teştqoyma mərasimi
    Məhərrəm ərəfəsində ənənəvi teştqoyma mərasimi

Teştqoyma mərasimi ənənəvi bir mərasimdir. Bu mərasim Məhərrəm ayı günlərinin əzadarlığında və başlıca olaraq Ərdəbil şəhrestanında keçirilir. Teştqoyma mərasimi İmam Husəyn(ə) əzadarlığının mərasimlərindən və ən qədim ənənələrdən biridir ki, onun icrası ilə şəhidlər ağası İmam Husəyn(ə)-ın vurğunları Məhərrəm ayının əzadarlıqlarını qarşılamağa gedirlər.

Teştqoyma mərasimi ən qədim İran adət-ənənələri və mərasimlərindən biridir ki, Azərbaycan əhalisinin böyük bir hissəsi bu mərasimlə Məhərrəm əzadarlıqlarına başlayır.

Aşura günlərində və başlıca olaraq Ərdəbil şəhrestanında keçirilən bu mərasimdə Fəratın rəmzi olan su teştlərini İmam Husəyn(ə)-ın Hurr qoşunun üzvlərini doyuzdurmaq üzrə hərəkətinin nümunəsi kimi məscid və hüseyniyyələrə gətirirlər.

Bu mərasim İmam Husəyn(ə)-ın Hurrun qoşunu qarşısındakı mərdanə rəftarını xatırladır ki, məşklərdəki suyu teştlərə tökərək, Hurrun qoşunun bütün üzvlərini və onların atlarını doyuzdurdu.

Əslində bu mərasimin keçirilməsi hüseynilərin İmam Husəyn(ə) əzadarlığı mərasimini keçirməyə hazır olduqlarını göstərir.

Bu mərasimdə istifadə olunan teştlər dairəvi şəkildə bürünc və ya misdən olurlar. Əzadarlıqdan sonra hər bir məhəllədə olan ağsaqqallar və İmam Husəyn(ə) vurğunları teştləri çiyinlərinə qoyaraq, məscidlərə daxil olurlar. Məsciddə olanlar hörmət əlaməti olaraq, ayağa qalxırlar. Onların önündə sinəvurma dəstəsi “Əldəxil ya, Əbəlfəzl!” şüarı ilə sinə vururlar. Ondan sonra ağsaqqallar məscidi dolanaraq, teştləri öz məxsus yerlərinə qoyurlar. O zaman teştləri, çiyinlərində daşıdıqları kuzələrdə olan su ilə doldururlar.