Sen 05, 2019 13:34 Asia/Baku
  • Zəncanda məhərrəm gecələri
    Zəncanda məhərrəm gecələri

Hüseyn şövqü və şüurunun paytaxtı- Zəncanda məhərrəm gecələri. Zəncanda müxtəlif əzadarlıq heyətləri illər boyudur ki, əhalinin müxtəlif təbəqələrinin və gənclərin şövqlü iştirakı ilə beynəlxalq matəm məclisləri keçirirlər. Bu gün zəncanlıların əzadarlığı dillər əzbəri olubdur.

Bir yeniyetmə burada nəzir boyun alıb. Belə ki, əzadarların ayaqqabılarının tozunu alsın.

Kişi: İmam Hüseyn əzadarlarının ayaqqabılarına maz çəkirəm ki, hacətimi alam.

Elə bu hüseyniyyənin ətrafında iki ildir ki, könüllü surətdə məhəbbət büsatı açılır.

Kişi: İmam Hüseyn nökərçiliyidir. Biz ki, böyük insanlar kimi fədakarlıq edə bilmirik. Lakin bu iş ki, əlimizdən gəlir, yaxşı bir hissdir.

Göz işlədikcə bugünkü nəslin gənci "Ya, Hüseyn!" deyir.

Qadın: Biz heç vaxt icazə verməyəcəyik ki, düşmənər aramıza girib, təfriqə salsınlar.

Kişi: İllər keçdikcə, bizim şövqümüz də çoxalır. Hər il daha çox insan Aşura hadisəsi ilə tanış olmaq üçün axışıb gəlir.

O gecələrdən deyirlər ki, varlıqlarında Hüseyn yolu və bəsirətini hiss edirlər.

O gecələrdən rəvayət olunur ki, hamımız əzdarıq. Bir xilaskarın əzadarı.

Keçmişdən gələcəyədək illər gəlib keçir. Bu aydın yolun bir "Ya, Hüseyn!" ləbbeyki var; bir "Ya, Mövla!" ləbbeyki var.