Sen 11, 2019 07:14 Asia/Baku
  • Hüseyn(ə) şami-qəriban mərasimi keçirilib
    Hüseyn(ə) şami-qəriban mərasimi keçirilib

Müsəlmanlar və Əhli-Beyt(ə) vurğunları Hüseyn(ə) şami-qəribanında bütün İranda və dünyada əza saxlayıblar.

İmam Hüseyn(ə) Əhli-Beytinin şamında milyonlarla nəfər hüseyniyyələr, məscidlər və təkyələrdə iştirak edərək, şam və xıftən namazlarını qıldıqdan sonra şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın və onun vəfalı köməkçilərinin müsibətində və dünya şiələrinin üçüncü imamının övladlarının əsirliyə aparılması ilə bağlı matəm saxlayıb və Kərbəla əsirlərinin qəribliklərinin xatirəsini əziz tutublar.

Əllərində yanar şamlar tutmuş əzadarlar Bəni-Haşimin aqil qadını, Kərbəla müraciətçisi Həzrət Zeynəb(s.ə)-ın və Neynəva düzünün əsirlər karavanının kədəri ilə bölüşüblər. Kərbəlada da Hüseyn hərəminin milyonlarla zəvvarı şame qəribanın xatirəsinə ağlayıblar.

Şame Qəriban Aşura qürubunda pənahsız gecə qaranlığında Kərbəla səhrasında qalmış İmam Hüseyn(ə) Əhli-Beytinin, Kərbəla hadisəsindən qalan əsirlər və uşaqların didərginliyini xatırladır.

Dünən, 1441-ci hicri qəməri ili muhərrəmulhəram ayının onuncu günü, Hüseyn Aşurası günü idi.