Okt 10, 2019 19:04 Asia/Baku
  • İraqlılar zəvvarları qarşılamağa hazırdırlar
    İraqlılar zəvvarları qarşılamağa hazırdırlar

İraq hər il hicri qəməri təqvimlə səfər ayının 20-nə təsadüf edən Hüseyn Ərbəininin ildönümü günü ərəfəsində və günündə Kərbəlada iyirmi milyon nəfərə yaxın zəvvarın şahidi olur. Zəvvarların əksər hissəsi İraqın müxtəlif şəhərlərindən və digər mühüm bir hissəsi isə İrandan Kərbəlaya gəlir.

Böyük Ərbəin mərasimi yaxınalşdıqca İran və İraq xalqları arasındakı həmrəylik özünü daha çox üzə çıxarır.

İraq vətəndaşı: İnşaallah, İran və İraq xalqları arasındakı birlik İslamın sayəsində davam etsin.

Bura, İraqın Babil vilayətinin "Qərbi Həmzə" bölgəsidir. Bu bölgənin əhalisi İranın dövəti və xalqına təşəkkür əlaməti olaraq, İran İslam Respublikasının səfiri üçün xüsusi mərasim təşkil edibdir ki, iki xalqın vəhdətini dünya xalqlarına nümayiş etdirmiş olsun.

İraqın Babil vilayətinin dini elmlər mərkəzinin din alimlərindən olan Vail Əlşimri: ”حب الحسین یجمعنا“ Hüseyn sevgisinin bizi bir araya gətirdiyini göstəririk ki, inşaallah, Hüseyn sevgisi əsl və ölməz bir ismarıc olmuş olsun. Hüseyn sevgisi ilə həm vilayət, həm də əsl Məhəmməd İslamı xətti həmişə yaşayacaqdır.

İrəc Məscedi- İranın İraqdakı səfiri: ”بالحسین یجمعنا“- "Hüseyn bizi bir araya gətirir" ifadəsi İran və İraq xalqlarının vəhdət təzahürüdür, nəinki Seyyiduşşuhəda Ərbəinində, həm də bütün il boyu.

Bağdad əhalisi də bu günlər İran xalqına öz eşqi və sevgisini bu cür göstərir.

İraq vətəndaşı: Heç fərqi yoxdur. İran və İraq xalqları birdirlər. İran xalqını çox sevirəm.

Bu günlər iki xalqın birliyi və həmrəyliyi doğrudan da Əhli-Beyt(ə) sevgisi mehvəridir. Bu sevginin özü möhtəşəm Ərbəin yürüşünün potensial sirridir.