Okt 18, 2019 09:05 Asia/Baku
  • Ötən il ilə müqayisədə Ərbəin zəvvarlarının sayı bir milyon nəfər artıb
    Ötən il ilə müqayisədə Ərbəin zəvvarlarının sayı bir milyon nəfər artıb

İranın İraqdakı səfiri deyib ki, İraqda Hüseyn Ərbəini zəvvarlarının sayı öncəki il ilə müqayisədə bir milyon nəfər artıbdır.

İrəc Məscedi əlavə edib: Hüseyn Ərbəini zəvvarları üçün vizanın götürülməsi ölkəmizdən daha çox zəvvarın İraqdakı müqəddəs məkanlara gedə bilməsi üçün imkan yaradır.

O, əlavə edib: Səfər ayının əvvəlindən bəri İraqda üç milyon 300 min nəfərin iştirakının şahidi olmuşuq ki, təqribən demək olar ki, bu insanların əlli faizi ölkəmizə geri dönübdür.

İranın İraqdakı səfiri Ərbəin mərasiminin yaxşı təhlükəsizliyinə işarə edərək, əlavə edib: İraqlılarla Ərbəin qərargahı arasındakı dəqiq və düzgün koordinasiya və informasiya builki Ərbəin toplantısındakı digər diqqətəlayiq cəhətlərdən sayılır.

İraqdakı çadır sahiblərindən biri də deyib ki, iranlı zəvvarın İraqdakı Ərbəin yürüşündə və iraqlı şiələrin kənarında iri həcmdə iştirakı iraqlıların ürəyində qüdrət və arxayınlıq hissi yaradır.