Okt 20, 2019 09:22 Asia/Baku
  • Hüseyn aşiqləri Ərbəin mərasimində
    Hüseyn aşiqləri Ərbəin mərasimində

Əba Əbdillah Əl-Husəyn(ə)-ın və Kərbəlanın məzlum şəhidlərinin Ərbəini müxtəlif ölkələrdə şiələrin və iranlıların geniş iştirakı ilə keçirilib.

Şəhidlər ağası, Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın və Kərbəla düzünün məzlum şəhidlərinin Ərbəini müxtəlif ölkələrdə şiələrin və iranlıların geniş iştirakı əzadarlıq dəstələrinin hərəkəti və dini çıxışlarla yanaşı keçirilib.

Müqəddəs Kərbəla dünyanın əlli beş ölkəsindən milyonlarla zəvvara ev sahibliyi etdi. Milyonlarla nəfər Kərbəlada İmam Hüseyn(ə)-ın Ərbəin mərasimini keçirdi.

Ərbəin və onun insanın xilası prosesinə təsiri, Ərbəin ən böyük ümumi diplomatiya əməliyyatı və onun beynəlxalq səviyyədə zülm ilə mübarizənin bəyanındakı rolu, Beynulhərəmeyn toplantısında vurğulanan mehvərlərdən olubdur.

Ərbəin dünyada ən böyük dini münasibətlərdən hesab olunur ki, bir çox amillər, o cümlədən kişilər, qadınlar, yaşlılar və uşaqların Kərbəla yolunda onlarla kilometr piyada yürüşü onu digər münasibətlərdən fərqləndiribdir.

Təhlükəsizlik qüvvələri Kərbəlanın bütün girəcəklərində yerləşərək, zəvvarların tam təhlükəsizliyini təmin etdilər. Onların bu işdəki uğuru ilbəil artır.

İslami İranda və digər ölkələrdə milyonlarla Hüseyn vurğunu böyük “eşq karvanına çatmayanlar” yürüşündə iştirak edərək, şəhidlər ağasının matəmində əzadarlıq edib.