Noy 15, 2019 18:56 Asia/Baku
  • İslami İran şadlığa və nura qərq olub
    İslami İran şadlığa və nura qərq olub

Əziz İslam Peyğəmbəri, Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-in və şiələrin altıncı imamı, Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli mövludları ilə bir zamanda bütün islami İran nur və şadlıq içindədir.

İslami İranın müxtəif bölgələrinin əhalisi, o sıradan şiə və sünni/ məscidlər, mənzillər, küçə və mağazaları bayraq və rəngarəng çıraqlarla bəzəyib, mərasim keçirib, noğul və şirniyyat paylayaraq, sonuncu ilahi peyğəmbər Həzrət Muhəmməd(s.ə.s)-in səadətli mövludunun ildönümünü bayram edir.

Sünni əhli rəbiuləvvəl ayının 12-ni, şiələr isə 17-ni Böyük İslam Peyğəmbəri(s.ə.s)-in mövlud günü hesab edirlər. İran İslam Respublikasının banisi, Həzrət İmam Xomeyni(r.ə)-ın təşəbbüsü ilə 12 və 17 rəbiuləvvəl tarixləri arasında olan müddət “vəhdət həftəsi” adlandırılıbdır.

 

 

 

 

Teqlər