Yan 01, 2020 08:43 Asia/Baku
  • 2020-ci milad ili münasibəti ilə xristian dünyasını təbrik edirik

Bu gün, 2020-ci il yanvarın biri, yeni milad ilinin ilk günüdür.

İran İslam Respublikasının TeleRadio Təşkilatı yeni milad ili münasibətilə İran xristianları xüsusiyyət təşkil etməklə bütün dünya xristianlarını təbrik edərək, bütün dünyada ədalət, sülh, asayiş və bərəkətlə dolu il arzu edir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani və İranın digər rəsmiləri son günlər xristian ölkələrin rəsmiləri və xalqlarını yeni milad ilninin başlanması münasibətilə təbrik ediblər. Onlar hamıya, xüsusən xristianlara sülh, sağlamlıq və şadlıq arzu ediblər.

Həzrət İsa(ə) böyük ilahi peyğəmbərlərdəndir və Qurani-Kərimdə böyük hörmətlə yad edilibdir.

Qurani-Kərim bir çox ayədə İsa Məsih(ə)-ı təqdim edərək, onun Ululəzm peyğəmbərlərindən biri kimi, yerinə işarə edir.