Yan 28, 2020 16:48 Asia/Baku
  • Fatimiyyə günləri əzadarlığı
    Fatimiyyə günləri əzadarlığı

Əgər vilayətsevərlik, vilayətqəbuletmə və vilayət məkanın müdafiəsi tarixini varaqlasaq, ilk nəzərə çarpacaq ad, vilayəti ürəkdən qorumasına görə, hər iki aləmin borclu olduğu böyük bir xanıma aiddir.

Cəmadiussani ayının üçü, vaxtındanqabaq xəzan və Peyğəmbər gülüstanı yasəməninin solması günüdür.

Kişi: Əhli-Beyt(ə)-ın paklıq və təmizlik sənədi olan Şərəfli “Kəsa” hədisində Cəbrail Allah-Taaladan soruşur: İlahi, o Ali-Əbanın altında kimlər qərar tapıblar? Allah-Taala onları Həzrət Zəhra mehvəri ilə təqdim edir.

Kişi: Həzrət Zəhra(s.ə)-nın mühüm özəlliklərindən biri, onun haqqı və vilayəti müdafiə etməsi idi.

Qadın: Həzrət Zəhra(s.ə.) Mövla Əliyə böyük hörmətinə, vəfasına və vilayətsevərliliyinə görə, İslam dinini canla-başla müdafiə edirdi.

Qadın: Həzrət Zəhra(s.ə.) nümunəvi bir ana və həyat yoldaşı olması ilə yanaşı, olduqca yaxşı bir siyasətçi idi. Fədək məktubu məsələsində ən yüksək dərəcədə Həzrət Əlini müdafiə etdi.

Ya, Zəhrayi-Mərziyyə, bizim boş əllərimiz sənin pak ürəyinə dəxil düşüb. Bizi də bu əziz günlərdə ləyaqətimizə görə deyil, dostluq adətinə görə, şəfaət et!