Yan 28, 2020 20:35 Asia/Baku
  • Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü ilə bağlı başsağlığı veririk
    Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü ilə bağlı başsağlığı veririk

Sabah, cəmadiussani ayının üçü, Böyük İslam Peyğəmbəri- Həzrət Muhəmməd(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirimominan Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) besətin beşinci ilində, cəmadiussani ayının iyirmisində müqəddəs Məkkə şəhərində dünyaya gəlib.

O həzrət uşaqlıqdan atası, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in məsləhətləri ilə yüksək ilahi maarif ilə tanış olub.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) on səkkiz il ömür sürdükdən sonra o zamanın hökmranlarının çoxlu sayda zülmləri, həmçinin atası- Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı ilə bağlı qəm-kədər nəticəsində rəvayətə görə, 11-ci hicri qəməri ili cəmadiuləvvəl ayının 13-də və ya cəmadiussani ayının üçündə şəhid olubdur.

İslami İranın müsəlman xalqı fəzilət xanımı və paklıq nümunəsi- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadəti gecəsində əzadarlıq edir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin gəlib çatması münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərinə başsağlığı verir.

 

 

Teqlər