Fev 15, 2020 15:18 Asia/Baku
  • Həzrət Zəhra(s.ə)-nın səadətli mövludu
    Həzrət Zəhra(s.ə)-nın səadətli mövludu

Mövludu baharın təvəllüdüdür. Su və aynanın təvəllüdü. Xoş rayihəsi ürəklərə həyat verən Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mövludu. Allah-Taala onu böyük bir xeyir adlandırıb. Bu fədakar ananın xatirəsinə ölkəmin bütün anaları bu günü bayram edirlər.

Cəmadiüssani ayının iyirmisi, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı, imamların anası, vilayətin həyat yoldaşı, su və ayna xanımı, Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mübarək mövludunun ildönümü günüdür.

Ana günü, bir daha uşaqlıq çağlarımızın anaların mehriban ağuşunda buraxılması üçün bir fürsətdir.

M.Q- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli mövludu münasibətilə bütün müsəlmanları təbrik edirəm.

M.K- Allaha şürk edirəm ki, bu mehriban mələkləri bizləri qorumaq üçün yer üzünə göndərib. İnsan həyatında müqəddəs bir varlıq.

Xatırlayaq ki, heç bir asimanın genişliyi ana mehribanlıqları qədər deyil.

M.K- Bütün anaların əllərini öpürəm. Anamın və həyat yoldaşımın çəkdidləri zəhmətlərə və göstərdikləri məhəbbətlərə görə, minnətdaram. Mehribanlıq lüğətində anadan dəyərli bir termin yoxdur.