May 15, 2020 07:15 Asia/Baku
  • İslami İran Həzrət Əli(ə)-ın şəhadətinin matəmində

İslami İran möminlər ağası, dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)-ın şəhadətinin matəmində başdan-başa hüzn və kədər içindədir.

SaharAzeri - Bu gün, 1441-ci hicri qəməri ili Ramazan ayının 21-i, 2020-ci il mayın 15-i, dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)-ın şəhadətinin ildönümü günüdür.

İslami İranın mömin xalqı bu gün müxtəlif əzadarlıq mərasimlərində iştirak etməklə dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)-ın şəhadətinin matəmində əzadarlıq edir.

Paklıq Əhli-Beyti(ə) xanədanının aşiqləri bütün İranda dünya şiələrinin birinci imamının şəhadətinin ildönümü günündə hüseyniyyələr, təkyələr, məscidlər, mənzillər və mağazaların qapılarının üstünü qaraya bürüyüb, qara bayraqlar dalğalandırmaqla Həzrət Əli(ə)-ın şəhadətinin matəminə oturublar.

Cümə axşamı günü gecə, Həzrət Əli(ə)-ın şəhadəti gecəsində də İslami İran xalqı möminlər ağasının matəmində göz yaşları axıdıbdır.

40-cı hicri qəməri ilinin mübarək Ramazan ayının 19-u səhərçağı Xəvaric qrupundan olan İbn Mulcəm Muradi dünya şiələrinin birinci imamı Həzrət Əli(ə) sübh namazı qılarkən öz zəhərli qılıncını o həzrətin mübarək başına vurdu.

Həzrət Əli(ə) başından zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək Ramazan ayının 21-də şəhid oldu.

İran İslam Respublikasının TeleRadio Təşkilatı mübarək Ramazan ayında bütün müsəlmanların orucu və ibadətinin qəbul olunmasını arzu etməklə dünya şiələrinin birinci imamı, dünya ədalətsevərlərinin rəhbəri, Həzrət Əli(ə)-ın şəhadəti günləri münasibətilə başsağlığı verir.

İSLAMİ İRAN HƏZRƏT ƏLİ(Ə)-IN ŞƏHADƏTİNİN MATƏMİNDƏDİR