May 16, 2020 10:27 Asia/Baku
  • Bu gecə üçüncü Qədr gecəsidir

Bu gecə İran və Azərbaycan Respublikasında Ramazan ayının üçüncü Qədr (Əhya) gecəsi olacaq.

SəhərAzəri xəbər verir, İran İslam Respublikaslnda Mübarək Ramazan ayının başlanmasını nəzərə alsaq bu gecə 3-cu Qədr gecəsinə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)Azərbaycan Respublikasında da bu gecə 3-cu Qədr gecəsi olacaq. Məlumata görə, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə, ikinci Qədr gecəsi isə Ramazının 20-ci gününə, yəni mayın 14-dən 15-nə keçən gecəyə təsadüf edib.

Bu gün - Ramazanın 22-ci günü isə üçüncü Qədr gecəsidir.

Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı da Qədr gecəsi sayılır. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

 

Teqlər