İyul 22, 2020 14:15 Asia/Baku
  • Eşq zahirdə Əli, batində Zəhra görsənir.

Güzgüyə, ey dil, nə surət düşsə rüsva görsənir, Kim görünmək eşqinə görsənsə, bica görsənir.

Güzgüyə, ey dil, nə surət düşsə rüsva görsənir,

Kim görünmək eşqinə görsənsə, bica görsənir.

 

Sürətin ifratı fəndin şöhrətin qoymuş geri,

Həşr bərpa olmamışdan həşr bərpa görsənir.

 

Ey ədalətdən dəmadəm dəm vuran şeytanpərəst,

Saxta insanlıq rəvan nitqində əla görsənir.

 

Damcıya bir damcı gözlə baxmağın təsiri yox,

Kim ona dərya gözilə baxsa dərya görsənir.

 

Eşqdə tutmaqdan ötrü nə ətək var, nə yaxa,

Hansı yandan baxsalar Məcnuna Leyla görsənir.

 

Mən bu dünyanı nə vaxtdır salmışam gözdən, könül,

Harda mən görsənmirəmsə, orda dünya görsənir.

 

Arif, imandan keçib mən eşqə məna vermişəm,

Eşq zahirdə Əli, batində Zəhra görsənir.

 

Şair: Hacı Arif Buzovnalı

Teqlər