Avq 18, 2020 09:32 Asia/Baku
  • Bu gün 28 mordad İrana qarşı amerikan çevrilişin ildönümü günüdür

Bu gün 1399-cu günəş ili mordad ayının 28-i və 2020-ci il avqustun 18-i, 1953-cü milad ilində İran dövlətinə qarşı amerikan çevrilişin ildönümü gününə təsadüf edir.

SəhərAzəri xəbər verir, Günəş təqvimi ilə 1332-ci il mordad ayının 28-də zülmkar şah rejiminin ordu qüvvələrindən bir qrupu ABŞ və İngiltərənin əməkdaşlığı ilə Məhəmməd Müsəddiqin dövlətini devirərək, bir daha Məhəmməd Rza pəhləvini səltənət taxtına oturtdular.

İranın o zamankı qanuni hökuməti olan Məhəmməd Müsəddiqin devrilməsi ilə nəticələnən 1953-cü ildə baş verən amerikan-inglis çevrilişi İranın, İslam İnqilabının qələbəsindən əvvəlki siyasi tarixində həssas bir dönəmi xatərladır. İranda neft sənayesinin milliləşdirilməsi hərəkatının qələbəsi dönəminə təsadüf edən ABŞ və İngiltərənin silsilə müdaxilələrinin tərkib hissəsi olan 28 mordad çevrilişi elə bir halda baş verdi ki, Beynəlxalq Haaqa Məhkəməsi İranla İngiltərə arasında olan neft müqavilələri mövzusunda İranın xeyrinə hökm vermisdi.

Son illərdə əcnəbilərin 28 mordad çevrilişindəki müdaxilələri barədə yeni sənədlər yayılıb və hətta bəzi ABŞ rəsmiləri bu ölkə və İngiltərənin bu çevrilişdəki birbaşa rollarını etiraf ediblər.

Teqlər