Okt 11, 2020 09:24 Asia/Baku
  • Hafez Şirazinin anım günü

Bu gün İran İslam Respublikası təqvimində Hafez Şirazinin anım günüdür.

SəhərAzəri xəbər verir, 14-cü əsrdə yaşayıb-yaratmış, dünyanın məşhur söz ustadlarından olan Xacə Şəmsəddin Mohəmməd bin Bəhaəddin Hafez Şirazi İranın böyük şairidir.

Mohəmməd bin Bəhaəddin, Qurani-Kərimi əzbərdən bildiyi və hifz etdiyi üçün Hafez ləqəbini almışdı.

Hafez Şirazinin divanı beş yüz qəzələ və bir sıra rübai, qitə və qəsidəyə şamil olur.

Hafez Şirazinin şerlərinin əlyazmaları İran, Hindistan, Əfqanıstan, Pakistan və Türkiyə kitabxanalarında mövcuddur.

Hafez Şirazi qəzəl sahəsində ustad idi. O, öz məharəti ilə bu sahədə İraq səpkisi adlı yeni bir səpkinin əsasını qoya bilibdir.

Hafez Şirazinin divanın tərcümələri bütün dünyada mövcuddur. Hafezin şerlərindən təsir alan Yohann Volfqanq Höte və Fridrix Nitsşe kimi alman şair və mütəfəkkirlər onun əsərlərini yüksək dəyərləndiriblər.

Teqlər