Yan 17, 2017 14:04 Asia/Baku
  • Rusiya ABŞ-ı silah rəqabətinə başlamaqda ittiham edib
    Rusiya ABŞ-ı silah rəqabətinə başlamaqda ittiham edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanı yeni silah rəqabətinə başlamaq ardınca olmaqda ittiham edib.

IRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: Vaşinqton çoxlu sayda hərbi qüvvəsini Avropada yerləşdirməklə yeni silah rəqabətinə başlayır.

Zaxarova əlavə edib: Amerikanın nəzərdə tutduğu layihələrin Avropada icrası bütün Avropanın təhlükəsizlik quruluşuna böyük dağıdıcı təsir göstərərək, yeni siyasi və hərbi şərait yaradır və bu qitədə qüdrət müvazinətini pozur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Vaşinqtonun bu hərəkəti dağıdıcı və uzunmüddətli nəticələrə gətirib çıxara bilər.

Teqlər