Avq 28, 2017 10:45 Asia/Baku
  • "Yaşasın Qüds" adlı foto sərgi keçirilib

İordan çayının qərb sahilində Birzit şəhərində Fələstin muzeyində " Yaşasın Qüds" adlı foto sərgi fəaliyyətə başlayıb.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Fələstin muzeyinin direktoru bazar günü bu sərginin açılış mərasimində etdiyi çıxışında deyib: 48 fələstinli, ərəb və digər ölkələrdən olan sənətkarın Qüdsdə həyat mövzusundakı əsərləri bu sərgidə nümayiş etdirilir. 

Əsərlərdə Qüds şəhərində sionist rejim tərəfindən yaradılmış məhdudiyyətləri, fələstinlilərin dini mentalitetinə qarşı təşəbbüsləri əks etdirir. 

Sərginin son pavilionundakı əsərlərdə  fələstinlilərin tələbləri, Qüdsdə müxtəlif dinlərin davamçıları arasında dinc yanaşı yaşamaq və azadlıq barədə fələstinlilərin anlayışı öz əksini tapır. 

" Yaşasın Qüds foto sərgisinin rəhbəri Rim Fizzə Qüdsdə baş verən son hadisələrə görə, bu kimi müqavimət mövzusunda sərginin təşkil olunması qarşısında duran çətinliklərdən danışaraq deyib: Son 6 ay ərzində bu şəhərə daxil olmaq icazəsi ala bilməmişdik. 

Teqlər