May 29, 2019 15:46 Asia/Baku
  • İordaniyalılar Trampın kürəkəninin ölkələrinə səfər etməsinə etiraz etdilər
    İordaniyalılar Trampın kürəkəninin ölkələrinə səfər etməsinə etiraz etdilər

Bir qrup iordaniyalı ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin Əmmana səfər etməsinə etiraz olaraq ABŞ səfirliyi önündə aksiya keçirib.

Əl-Aləm kanalının bildirdiyinə görə, İordaniyanın paytaxtı Əmmanda ABŞ səfirliyi önündə aksiya keçirənlər Fələstinin ideallarını hədəfə alan "Əsrin anlaşması" adlı amerikan plana etiraz ediblər. 

Ağ Ev bildirib ki, Cared Kuşner cari həftədə Mərakeş, İordaniya və işğal edilmiş Fələstinə səfər etməlidir. 

Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbas isə Tramp hökuməti ilə bütün əlaqələri kəsərək, ABŞ hökumətini tam aşkar formada İsraili dəstəkləməkdə ittiham edib. 

Bu arada ABŞ Bəhreyndə keçirilməsi planlaşdırılan konfransda "Əsrin anlaşması" adlı planın iqtisadi cəhətini açıqlamaq istəyir. 

Fələstinlilər bu anlaşmanı rədd edərək, ərəb ölkələrindən bu konfransı boykot etmələrini istəyiblər. 

Teqlər