Yan 19, 2020 21:24 Asia/Baku
  • İordaniya parlamenti işğal olunmuş ərazilərdən qaz idxalını qadağan edib
    İordaniya parlamenti işğal olunmuş ərazilərdən qaz idxalını qadağan edib

İordaniya parlamenti işğal olunmuş ərazilərdən qaz idxalının qadağan olunması barədəki qətnamə layihəsini əksəriyyət səslə qəbul edib.

İordaniya parlamenti, hüquq komitəsinin işğal olunmuş ərazilərdən qaz idxalının qadağan olunması təklfini qəbul edərək, bu qərarı qanuna çevrilmək üçün hökumətin ixtiyarına qoyub.

2019-cu ilin dekabrın sonlarında İordaniya parlamentinin onlarla üzvü ilk dəfə olaraq, işğal olunmuş ərazilərdən qaz idxalının ləğvi layihəsini bu ölkə parlamentinə təqdim etdi.

İordaniya xalqı dəfələrlə aksiya keçirərək, işğal olunmuş ərazilərdən qaz satın alınmasına dair müqavilənin imzalanmasına etiraz və ölkəsinin hökumətinin buraxılmasını tələb edib.

Teqlər