Fev 04, 2020 13:59 Asia/Baku
  • Kəşmirin Pakistan tərəfindən bir əyalətə çevrilməsi planı ilə müxalifət
    Kəşmirin Pakistan tərəfindən bir əyalətə çevrilməsi planı ilə müxalifət

Pakistan xarici işlər nazirliyinin sözçüsü vurğulayıb ki, Hindistanın Pakistanın nəzarəti altında olan Kəşmirə qarşı hücum təhlükəsi həmişə mövcud olub, amma İslamabad onu ayrıca bir əyalətə çevirmək fikrində deyildir.

Aişə Faruqi bildirib ki, Pakistanın nəzarəti altında olan Kəşmir bölgəsinin ayrıca bir əyalətə çevrilməsi barədə bu ölkə parlamentində heç bir layihə araşdırılmayıb və belə bir fikir də yoxdur.

Pakistan xarici işlər nazirliyinin sözçüsü sonra deyib: İndi bütün dünya Kəşmir məsələsindən xəbərdardır və bilir ki, bu bölgədə insan haqlarının pozulması hansı formada həyata keçirilir.

Faruqi əlavə edib: Pakistanın baş naziri İmran xan ona görə, Pakistanın nəzarəti altında olan Kəşmir bölgəsinə Hindistanın hücumu təhlükəsinin mövcudluğunu təkrar edir ki, tarixdə bu hadisə dəfələrlə baş veribdir.

Kəşmir məsələsi 70 ildən çoxdur ki, Hindistan ilə Pakistan arasında savaşın baş verməsinə bais olur və BMT hər iki tərəfdən istəyibdir ki, bir referendum keçirməklə bu bölgənin gələcəyini onun əhalisinə həvalə etsin, amma Hindistan bu məsələ ilə müxalifdir. 

 

 

Teqlər