May 19, 2020 09:45 Asia/Baku
  • ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına bir neçə raket düşüb

İnformasiya mənbələri bu gün səhər tezdən ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına bir neçə raketin düşməsindən xəbər veriblər.

SaharAzeri xəbər verir ki,İnformasiya mənbələri bu hücumda heç bir tələfatın olmadığını bildiriblər.

Yerli mənbələrin bildirdiklərinə görə, ABŞ-ın Bağdaddakı səfirliyinin təhlükə siqnalı səslənibdir.

Bəzi informasiya mənbələri bir, bəziləri isə azı üç raketin ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına düşdüyünü bildiriblər.

Bağdadın yaşıl bölgəsi və Amerikanın İraqdakı hərbi bazaları, o sıradan Əltaci və Əlbələd bazaları son aylar bir neçə dəfə raket hücumları hədəfinə çevriliblər.

Bir çox iraqlı qrup və şəxs terrorçu amerikan qüvvələrin İraqdan çıxmalarını tələb edirlər. Bu ölkənin parlamenti də həmin qüvvələrin çıxmaları barədə bir layihə qəbul edibdir.

Teqlər