İyun 24, 2020 14:15 Asia/Baku
  • BMT-nin Baş katibi Qərb sahilinin ilhaqı planına qarşı çıxıb

BMT-nin Baş katibi Antonio Quterreş sionist rejiminin İordan çayının qərb sahilini işğal olunmuş ərazilərə ilhaq etməklə bağlı planınına qarşı çıxıb.

SəhərAzəri "Frans Press"-ə istinadla xəbər verir, BMT-nin Baş katibi İsrail rejimini beynəlxalq hüquq normalarını kobud şəkildə pozan, İordan çayının qərb sahilinin ilhaqı planını dayandırmağa çağırıb. 

Quterreş iyunun 23-də BMT təhlükəsizlik Şurasında nəşr olunan yeni hesabatda belə deyib.

Hesabata əsasən, Qərb sahilinin bir hissəsinin birtərəfli ilhaqı danışıqların yenidən başlanmasını mütləq dayandıracaq və stabil bir Fələstin ölkəsinin və iki ölkənin həll yollarının perspektivlərini dağıdacaq.

 

Teqlər