Avq 05, 2020 13:54 Asia/Baku
  • Livan Hizbullahı:

Livan Hizbullahı Beyrut limanı hadisəsini bu ölkə xalqı üçün acınacaqlı bir fəlakət kimi dəyərləndirib.

SəhərAzəri xəbər verir, Livan Hizbullahı bu gün səhər saatlarında bir bəyanat yayaraq, Beyrut limanında baş vermiş hadisə nəticəsində həlak olanların və yaralıların ailələrinin kədərini bölüşərək, vurğulayıb: "Bu acınacaqlı fəlakət, onun dağıntıları və təhlükəli fəsadları bütün livanlıların müxtəlif insani, səhiyyə, ictimai və iqtisadi səviyyələrdə birləşməsini və inteqrasiyasını, həmçinin bu ağrılı əzabı arxada qoymaq üçün birgə səylərini zəruri edir".

Livan Hizbullahı Tibb işçiləri, humanitar yardım qrupları, yanğından mühafizə və təhlükəsizlik qruplarının fəaliyyətini yüksək dəyərləndirib və onlara insanları xilas etməyə çalışdıqları və bütün imkanlarını Livan xalqına yardım etməyə səfərbər etdikləri üçün dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Beyrut limanında dəhşətli bir partlayış baş verib; Livanın Gömrük İdarəsinin baş direktoru partlayışa nitrat maddəsinin səbəb olduğunu bildirib.

Livanın Səhiyyə Nazirliyindən verilən son statistikaya əsasən, bu hadisədə 73 nəfər həlak olub, üç min 700 nəfər isə yaralanıb.

Teqlər