Sen 01, 2020 12:01 Asia/Baku
  • Benyamin Netanyahu gizli şəkildə BƏƏ-ə səfər edib

“Yüksək İsrail rəsmilərinin BƏƏ-ə ötən günkü səfəri yeni deyil və iki il öncə baş nazir Benyamin Netanyahu da gizli şəkildə BƏƏ-ə səfər edərək, bu ölkənin vəliəhdi ilə görüşüb.”

SəhərAzəri SalamNews-a istinadla xəbər verir ki, bu barədə sionist rejimin “Ediot Axrnot” qəzeti məlumat yayıb.

Ötən gün yüksək rütbəli sionist rejim rəsmilərinin Təl-Əvivdən birbaşa olaraq BƏƏ-ə uçmalarına münasibət bildirən “Ediot Axrnot” qəzeti bildirib ki, bu səfər ilk deyil və oxşar səfər iki il öncə də Benyamin Netanyahunun özünün iştirakı ilə baş tutub.

Bildirilib ki, 2018-ci ildə baş tutan səfərdə Benyamin Netanyahu BƏƏ-nin vəliəhdi Məhəmməd bin Zayidlə görüşərək, qarşılıqlı əlaqələrin rəsmiləşdirilıməsi və sair region məsələlərini müzakirə ediblər.

Teqlər